Modern.az

İTV ilə bağlı müsabiqə elan olundu

İTV ilə bağlı müsabiqə elan olundu

6 Mart 2013, 15:08

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar müsabiqə elan edib. Modern.az-ın məlumatına görə, “İctimai televiziya və radio yayımı haqqında" Qanunun 17.4-cü maddəsinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 6 (altı) illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar, yeni namizədlərin irəli sürülməsi ilə bağlı “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.4-cü,  "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasınınsəlahiyyət müddəti başa çatmış olan aşağıdakı təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə müsabiqə elan edir:

-idman federasiyaları

-dini konfessiyalar

-yaradıcılıq təşkilatları

 Göstərilən təşkilat qrupları üzrə namizədlərin seçilməsi 12 mart 2013-cü il tarixədək təmin edilməli, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar Milli Televiziya və Radio Şurasına (Ünvan: Nizami küç., 105, əlaqə: 012-598-36-59) təqdim edilməlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir