Modern.az

ŞOK: Vatikanda seksual qalmaqal

ŞOK: Vatikanda seksual qalmaqal

8 Mart 2010, 12:47

Vatikanda seksual qalmaqal baş qaldırıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, qalmaqalın mərkəzində Roma papası 16-cı Benediktin kamerdineri Ancelo Balduççi və Müqəddəs Pyotr  xorunun üzvü Qined Exiyemin adları çəkilir. Müqəddəslər müqəddəsi hesab olunan Roma Katolik kilsəsində növbəti qalmaqalın izinə təsadüfən düşüblər.  Balduççini tikinti maxinasiyalarında şübhəli bilən polis onun telefon danışıqlarını izləyib. Polis təsadüfən müqəddəs məkanın divarları arasında gey– fahişəliyin mövcud olmasının üstünü açıb. Polisin məlumatına görə, 40 yaşlı xor müğənnisi mənşəcə nigeriyalı olan Exiyem telefon danışıqları gedişində Balduççiyə kişilərin seksul xidmətini təklif edib. Polis ən azı 10-a yaxın belə bir halın olmasından bəhs olunduğunu bildirir. Polisin şübhələrinə görə Exiyem Balduççiyi gənc seminarçılarla təmin edib. “Qardian” qəzeti Balduççi və Exiyem  arasındakı telefon  danışıqlarında seminarçı tələbələrin Vatikana gəlişinin təşkilindən danışıldığını bildirir. Vatikanı sarsıtmış qalmaqalda daha bir italiyalı ittiham  olunur.  Hələlik onun adı anonim saxlanılır. Vatikan Exiyemi elitar Culiy xorunda iştirakdan kənarlaşdırıb. Bu xorun əsası  6-cı əsrdə qoyulub. Vatikan bəyan edib ki, son 20 ildə xorda oxumasına baxmayaraq Exiyem keşiş olmayıb. Bu xor Papanın iştirak etdiyi mərasimlərdə oxuyur.

Balduççinin vəkili isə bildirib ki, onun və  huquqlarını müdafiə etdiyi şəxsin narahatlıq üçün daha ciddi əsaslar var. Bartuççinin Romada xarici ölkə başçılarının səfərləri zamanı qaldığı dəbdəbəli iqamətgahı var. Bartuççinin rəhbərlik etdiyi  qrup 2005-ci ildə Roma Papası 2-ci Pavelin tabutunu son mənzilə çatdırıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir