Modern.az

Xərçəng xəstəliyinə tutulan prezidentlər - SİYAHI

Xərçəng xəstəliyinə tutulan prezidentlər - SİYAHI

Dünya

6 Mart 2013, 15:40


Venezuellanın prezidenti Uqo Çaves uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişdi. O, 58 yaşında xərçəng xəstəliyindən vəfat edib. 2011-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi müəyyənləşən Çaves 4 dəfə cərahiyyə əməliyyatı keçirsə də, ölümdən qaça bilmədi.

Modern.az bu günə kimi xərçəngə mübtəla olan prezidentlərlə bağlı araşdırma aparıb.  
Nədənsə, xəstəlikdən əziyyət çəkən prezidentlər daha çox Cənubi Amerikanın liderləridir. Bir-birinin ardınca amansız xəstəliyə tutulan prezidentlər bunun səbəbini müxtəlif cür izah etməyə çalışırlar.

Kolumbiyanın prezidenti Xuan Manuel Santosun prostat vəzində olan xərçəngdən əziyyət çəkdiyi məlum olub. 61 yaşlı prezidentin də məhz bu xəstəlikdən əməliyyat olunacağı deyilir.

Beləliklə, bu xəstəliyə tutulan Cənubi Amerika prezidentlərinin sayı 6-ya çatıb. Onların sırasında Brazilya lideri Dilma Ruzef, Argentina prezidenti Kristina Fernandez de Kirçner, Paraqvay prezidenti Fernando Luqo da var.   Venesuelanın mərhum prezidenti Uqo Çaves dörd dəfə xərçəngdən əməliyyat olunsa da sağalmaz xəstəlik onun ölümünə səbəb oldu.

Brazilyanın keçmiş prezidenti Luis İnasio Lula da Silva da xərçənglə mübarizə aparan prezidentlərdəndir. Brazilyanın indiki prezidenti Dilma Ruzef də şiş xəstəliyinin daşıyıcılarındandır. O, 2009-cu ildə xərçəngə yoluxub.

Argentina prezidenti Kristina Fernandez de Kirçner bu xəstəlikdən əməliyyat olunub.

Paraqvay prezidenti Fernando Luqo 2010-cu ildə xərçəng olduğunu bilib və hazırda müalicə olunur.

Xərçəngə yoluxan liderlər arasında digər qitənin prezidentləri də var. Polşanın keçmiş prezidenti Voytsix Yaruzelski xərçəng xəstəliyinə tutulub. Xəstəlik Polşanın sonuncu kommunist lideri, 87 yaşlı Yaruzelskidə Varşavadakı hərbi hospitalda müayinə zamanı aşkar olunub.

Misirin devrilmiş diktator prezident Hüsnü Mübarəkin də müayinə zamanı xərçəng xəstəsi olduğu üzə çıxıb. Ona “V dərəcəli xərçəng” diaqnozu qoyub.

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəy də prostat vəzi xərçəngindən uzun müddət müalicə alıb.

Hazırladı: Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür