Modern.az

Millət vəkili “Topaz”ı topa tutdu

Millət vəkili  “Topaz”ı topa tutdu

6 Mart 2013, 17:55

“Topaz”da bəzi məsuliyyətsuiz insanlar ailəsinin son qəpiyinə qədər uduzaraq müflisləşirlər, acınacaqlı duruma düşürlər”  Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib. Parlamentin dünənki iclasında idman qumarxanaları ilə bağlı millət vəkilləri müzakirələrə qoşulsalar da Fazil Mustafa məsələni yenidən gündəmə gətirib.

“Milli Məclisdə “Topaz”la bağlı müzakirələr oldu. Vaxt qısa olduğundan məsələyə epizodik olaraq toxundum. Əslində İdman qumarı dünyanın hər yerində böyük gəlir gətirən biznesə çevrilib. Azərbaycanda da uzun illərdir bu gizli şəkildə mövcud idi və yığılan vəsaitdən Dövlət Büdcəsinə heç nə daxil olmurdu. Hökumət bunu leqallaşdırmağı təklif etdi və Milli Məclis də qanunvericilik yolu ilə tənzimlədi. Əks halda bu pullar başqa ölkələrin bazarlarına yönələcəkdi. Artıq bu vəsaitlərin əhəmiyyətli hissəsi Dövlət Büdcəsinə və İdman təşkilatlarına gəlib çatır. Mən qumarın bütün variantlarının əleyhinə olsam da, bu prosesin Qanunla tənzimlənməsini doğru hesab edirəm. Bu yerləri bağlamaqla yenidən hər şeyin qara bazara dönməsinə şərait yaradıla bilər. Sadəcə burada proqnozlarda iştirak edənlər üçün 18 yaşdan yuxarı yaş məhduddiyyətinin olması normaldır. Bəzi məsuliyyətsuiz insanlar bu prosesde ailəsinin son qəpiyinə qədər uduzaraq müflisləşirlər, acınacaqlı duruma düşürlər. Bu kateqoriyadan olan insanların da belə fəaliyyətlərdən çəkindirilməsi üçün təbliğat işləri gücləndirilməlidir”-deyə F.Mustafa bildirib.

A.RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?