Modern.az

İlham Əliyev Uqo Çavesin ölümü ilə bağlı başsağlığı verdi

İlham Əliyev Uqo Çavesin ölümü ilə bağlı başsağlığı verdi

6 Mart 2013, 18:39

Prezident İlham Əliyev Venesuella prezidenti Uqo Çavesin ölümü ilə bağlı başsağlığı verib. Ölkə başçısı Venesuela Bolivar Respublikasının vbitse-prezidenti Nikolas Maduro Morosa göndərdiyi məktubda Uqo Çavesin vəfatında kədərləndiyini bildirib:

“Hörmətli cənab Vitse-prezident,
Venesuela Bolivar Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Uqo Rafael Çaves Friasın vəfatı xəbərindən son dərəcə kədərləndim.
Uqo Rafael Çaves Frias həm ölkəsinin inkişafı və xalqının rifahının yüksəlməsi, həm də Latın Amerikası dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər görmüşdür. İnanıram ki, onun əziz xatirəsi Venesuela xalqının yaddaşında əbədi qalacaqdır.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu