Modern.az

Rəsmi Bakı Çexiyaya etiraz etdi

Rəsmi Bakı Çexiyaya etiraz etdi

Təhsil

6 Mart 2013, 20:23

“Çex Respublikasının xarici işlər naziri mətbuatda iddia edildiyi kimi fikirlər səsləndirmişsə, biz bunu qeyri-obyektiv və qeyri-ciddi hesab edir, məsələyə Çexiya tərəfindən aydınlıq gətirilməsini və üzr istənilməsini istəyirik”  Modern.az-ın məlumatına görə, bu açıqlamanı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. XİN rəsmisi rəsmi Praqaya xəbərdarlıq edərək yol verdikləri səhvə görə üzr istəmələrini nəzərə çatdırıb.

“Biz Çex Respublikasının xarici işlər naziri Karel Şvarsenberqin cari ilin 4 mart tarixində Praqa şəhərində People in Need təşkilatının mükafatlandırma mərasimində səsləndirdiyi fikirlərə aydınlıq gətirilməsini istəyirik.
İki ölkə arasındakı qarşılıqlı münasibətlərin intensiv inkişafını və xüsusilə də son zamanlar Dövlət Başçıları səviyyəsində həyata keçirilmiş səfərləri nəzərə alaraq, bu kimi bəyanat və mülahizələrin səsləndirilməsi ölkələrimiz arasındakı mövcud münasibətlərin ruhuna uyğun deyil və Azərbaycanla Çexiya arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığa xələl gətirə bilər.
Əgər həqiqətən də, Çex Respublikasının xarici işlər naziri mətbuatda iddia edildiyi kimi fikirlər səsləndirmişsə, biz bunu qeyri-obyektiv və qeyri-ciddi hesab edir, məsələyə Çexiya tərəfindən aydınlıq gətirilməsini və üzr istənilməsini istəyirik”-deyə E.Abdullayev bildirib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır