Modern.az

Əli Kərimli çağırış etdi

Əli Kərimli çağırış etdi

Təhsil

6 Mart 2013, 22:29

AXCP sədri Əli Kərimli Demokratiyaya Yardım Fonduna dəstək üçün çağırış edib. Modern.az-ın məlumatına görə, AXCP sədri ictimaiyyətə müraciət edərək insanları fonda yardım etməyə səsləyib.

“Demokratiyaya Yardım Fonduna mən də yardım etdim. Sizi də fonda dəstək verməyə çağırıram. Fondun vəsaitlərindən etiraz aksiyaları iştirakçılarının cərimələri ödəniləcək, siyasi məhbusların özlərinə və ailələrinə yardım ediləcək, Azərbaycan saatı proqramına dəstək veriləcək.  Bəli, hökumətin daha böyük cərimə, daha çox həbs siyasətinə cavab olaraq biz  ictimai-siyasi proseslərdə iştirakçılığı, həmrəyliyimizi, qarşılıqlı yardımlaşmanı artırmaqla, uğurları və məhrumiyyətləri paylaşmaq niyyətindəyik.  Əminəm ki, birlikdə hər cür çətinlikləri dəf edə bilərik”-deyə AXCP sədri vurğulayıb.

Qeyd edək ki, Demokratiyaya Yardım Fondu bir qrup müxalifət partiyalarının gənclər təşkilatlarının təşəbbüsü ilə təsis olunub.

A.RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir