Arxiv
7 mart 2013, 18:51 | MÜSAHİBƏ
BDU-nun dosenti: “Siyasətçilər ezoterikanı bilsəydilər, heç vaxt siyasətçi olmazdılar” - MÜSAHİBƏ

Mətanət Abdullayeva: “İnsan dünyanı dərk etmək üçün öncə özünü dərk etməlidir”

Modern.az saytı elmi müsahibələri davam etdirir. Budəfəki müsahibimiz ezoterika üzrə mütəxəssis, filologiya elmləri üzrə fəlsəfə doktoru Mətanət Abdullayevadır. Onun müəllifi olduğu “Klassik ədəbiyyat: ezoterik xəzinə” adlı kitabında 3 dahinin (Nizami, Nəsimi, Füzuli) şeirlərindəki ezoterik məqamlara toxunulur.  

– Ezoterika nədir?

– Bu termini elmə Pifaqor gətirib, mənası gizli, sirli deməkdi. İnsan və aləm haqqında təsəvvürləri maddi keyfiyyətlərlə məhdudlaşdırmadan mikrokosmosla makrokosmosun vahidliyini və bunların daxilində olan gizliliyi təsdiqləyən metoddur. Bu metodun mərkəzində insan durur. Belə ki, biz mikrokosmos dedikdə məhz, insanı nəzərdə tuturuq. Həm Qərb, həm də Şərq ezoterizmin məqsədi insana özünüdərk etməkdə kömək göstərməkdir.

– Sizin üçün ezoterik aləmin sirli qapılarını açmaq çətin olmadı ki?

Sırf elmi müstəvidən ezoterikaya gəlmək mümkün deyil. Hər bir dövrün poetik fikri həmin dövrün fəlsəfəsinin poeziya prizmasından açılışıdır. Bu, yeni araşdırma sahəsidir. Fəlsəfi poeziya Akademiyanın Fəlsəfə İnstitutu tərəfindən də araşdırılır. Amma mənim araşdırmam tamam ayrı müstəvidən aparılıb. Məsələn, Nizaminin “Yeddi gözəl” əsərində yeddi gözəl əslində yeddi məqamın göstəricisidir. İnduizmdə də, sufizmdə də mistik eşq yolçuluğunu özündə əks etdirəm mərhələlər var. Qədim biliklərdə bunlar yeddi qat, yəni yeddi çakra kimi göstərilmişdi.

İnsan öz daxili aləmində eşqə gedən yolları necə aça bilir?

Mistik eşq yolçuluğuna qədəm qoymaq istəyən insanın həyatı 3 mərhələyə bölünür. Birinci mərhələ - şəriət daha çox zahiri məqamla bağlıdır. Belə ki, burda müəyyən davranışlara riayət olunma, dini ayinlərin həyata keçirilməsi əsas rol oynayır. İkinci mərhələ təriqət isə artıq batini (daxili) prosesdir. Lakin burda mütləq müəllim (mürşid, şeyx) olmalıdır. Çünki, bu idrakı prosesidir. Eşq yolçuluğunda eşq artdıqca idrak da güclənir kamilləşir. Eşq yolçuluğunda dünyanın dərki və özünüdərk dərinləşir. İnsan dünyanı dərk etmək üçün öncə özünü dərk etməlidir. Ona görə də eşq yolçuluğu insanın daxili cihadıdır. Cihad zamanı pillə-pillə yeddi ruhi mərhələ keçilir, dünya sevgisi azalır və eşqə aparan qüvvə güclənir.  

– İnsan bu yolların xəritəsini hansı gizli kodlarda qoruyub saxlayır?

– Bu insanın yeddi energetik mərkəzi ilə bağlıdır. Bunlar maddi olmayan, insanın efir bədənində yerləşən mərkəzlərdi. İnduizm mistik ənənələrində bunlara çakra deyilir. Lakin “Avesta”da da bu anlayış var. Bu energetik mərkəzlər insanın onurğa sütunu boyunca yerləşir. Lakin bu fiziki mənada deyil. O energetik mərkəzlərin hərəsinin öz rəngi var, öz musiqisi var və öz əlaqəli  planeti var. İnsan özü-özülyündə böyük bir supersistemdir. Energetik müstəvidə o təkcə fiziki bədən yox, həm də çoxqatlı bir energetik sistemdir.

– İnsan və Kainatın enerji mübadiləsi zamanı birincidə hansı dəyişikliklər baş verir?

– Kainatla enerji mübadiləsi həmin o sistem vasitəsilə baş verir. İnsanın onurğasında sakrum sümüyü var. Kosmik enerji məhz, orda yerləşir. Təbabətdə bu işlənilmir. Lakin ən qədim biliklərdə bu Kundalini enerjisi kimi göstərilir. Kundalini ilan kimi qıvrılan deməkdir. Bu enerji kosmik enerjidir və təsəvvüfdə buna can deyirlər. Yəni  canın Allaha istiqamətlənməsi. İnduzim fəlsəfi bilikləri bizi məlumatlandırır ki, o enerji bu yeddi qatı keçərək sonuncu mərhələyə çatır. Kundalini enerjisi bir-bir onları qidalandırır. Bu zaman insan həm fiziki, həm də ruhi cəhətdən sağlamlaşır. “Sağlam bədəndə sağlam ruh olar” ifadəsi də burdan irəli gəlir.

– “Yeddi gözəl” kainatdan alınan enerjinin sayəsində yazılmışdı?

– “Yeddi gözəl”in ilkin müstəvidə nağıla bənzəyir. Lakin burda xeyli kosmoqnik məqamlar var. Bəhram şahın yeddi çadır qurması, onların hərəsinin ayrı-ayrı planetlərlə əlaqələndirilməsi sərf fəlsəfi anlamdadır. Nizami bildirir ki, mən bunları ağlımın yox, qəlbimin ötürdüyü məlumatlar əsasında yazmışam. Ağılla bunları yazmaq qəti mümkün deyil. “Allah insana şah damarından daha yaxındır” həqiqəti də burdan qaynaqlanır. İnsan hərdən həmin mənbəyə baş vurur və ordan bəhrələnir.

– Ezoterizmin sirli pəncərəsindən sosial reallıq necə görünür?

– Sosial reallıq bir çox prizmadan öyrənilir. Amma ezoterika bunun ən dərin qatını araşdırır. Çünki insan tək sosial fərd deyil, o həm də ilahi varlıqdır. Bizim öz özəyimiz mahiyyətimiz var. O mahiyyətə gedib çıxmayınca, sosial həyatda istədiyimiz səviyyəyə çatmaq qeyri-mümkündür. Çünki ictimai münasibətlər daxili intizamla tənzimlənməlidir. İçəridən tənzimlənən qanunlar cəmiyyəti idarə edəndə böyük ədalət yaranar.

Bu gün ölkədə və dünyada baş verən siyasi hadisələr öz-özlüyündə gizli bir kod şəklində saxlanılır. Belə ki, görünənlər əsl həqiqətdən çox kiçik bir hissədir. Əgər həmin görünməyən şifrələr kod şəklində açılsa, bizlərə hansı məlumatı ötürə bilərlər?

– Heç bir informasiya ötürə bilməzlər. Çünki ezoterik kodlar özlərində gizli , qiymətli nüansları saxlayırlar. Amma siyasətdə sakral nə var? Siyasətlə ezoterizmi heç vaxt eyni müstəviyə qoymaq olmaz. Siyasətçilər əgər ezoterikanı bilsəydilər, heç vaxt siyasətçi olmazdılar.

– Yəni demək istəyirsiz ki, ezoterika heç vaxt siyasət səviyyəsinə enməz?

Heç vaxt. Çünki ezoterika hər şeyin fövqündədir. Çünki ezoterikada nə siyasət var, nə zaman, nə də məkan. Orda ancaq insan və idrak fenomeni var. Bütün ezoterik biliklər hansısa sənət və yaradıcılıq formasında əks olunur. Belə ki, ezoterik musiqi, ezoterik rəngkarlıq, ezoterik rəqs dediklərimizi özündə müəyyən qədər əks etdirə bilir. Məsələn, mövləvilərin səmavi rəqsləri tam olaraq makrokosmosun mikrokosmos səviyyəsində transformasiyasıdır. Burda əslində enerjinin sistemlər arasında qarşılıqlı əlaqəsi var və biz də buna bəsit formada da olsa rəqs deyirik. Səmavi rəqslər məhz, bunları ifadə edir.

– İnsanlarda baş verən idraki proseslər “enerji vibrasiyyaları” necə hərəkət etdirir?

– Orta yaşlı insanlara baxanda gənclər daha çox şey etməyə qadirdir. Onların daxili enerjiləri buna daha yaxşı reaksiya verə bilir. Amma orta və yaşlı nəsildə də bəzi istisnaları yaddan çıxarmaq olmaz. Onların arasında da ezoterik müstəvidən xeyli inkişaf etmiş adamlar var. İnsan yüz il də ibadətlə məşğul olursa yenə də açıb danışmalı deyil. Bir şəxs  özünə sufi deyirsə, deməli o hələ sufi deyil. Əgər insanda Kundalini enerjisi aktivdirsə, energetik çakralar düzgün fəaliyyət göstərirsə, deməli onda idrak səviyyəsi yüksəkdir. Bu onun aurasında çox gözəl görünür. Bəsirət sahibi olan insan çox parlaq simalı olur. Bəsirət gözü açıq olmayanlar isə onları çox adi qəbul edir və onların ətrafında özlərini çox rahat hiss edirlər. Bu insanlarla ünsiyyətdə insanın pozitiv tərəfi aktivləşir. Xristian rəngkarlığındakı ikonalarda başdakı işıqlar artıq ezoterik məqamların qət edildiyini, xoşbəxtlik, həqiqət müstəvisinə çatılmasını göstərir. Yeddinci çakra insanın kosmik mühitə, energetik aləmə çatmasına işarədir. Sufizmdəki vəhdəti-vücud da özünü burda göstərir. Bu andan başlayaraq insan özünü kainat, Allah ideyası içərisində görür. Bu məqamdan sonra insanın ümman kimi özünü dərki başlayır. Həllac Mənsurun dediyi də əslində bu idi. O özünü həqiqətdə yox etmişdi. Onun fəlsəfəsi yarananın yaradıcının içərisindəki yox olmasından ibarətdir. Burada damlanın ümmana, şüanın isə günəşə qovuşma anı var.

– Enerji insanı hansı sirli dünyalara aparacaq?

– Hər bir insan enerji formasıdır. Materiya da enerjinin sıxlaşmış formasıdır. İnsan ruhani təkamül keçə-keçə enerji vibrasiyaları dəyişir və bu zaman o tamam fərli aləmlərin, paralel dünyaların sakini olur.



Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi - FOTO 4 Dekabr 2020, 18:47 Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20 MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi 4 Dekabr 2020, 18:11 Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56 TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 17:50 Almaniyada vaksinasiya pulsuz olacaq 4 Dekabr 2020, 17:44 “Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib” - Şentop 4 Dekabr 2020, 17:38 Dolların məzənnəsi sabit qaldı 4 Dekabr 2020, 17:32 ATƏT-ə yeni baş katib təyin olundu 4 Dekabr 2020, 17:26 Bakı və Yerevan əsirlərin tam siyahısını “Qızıl Xaç”a TƏQDİM ETDİ 4 Dekabr 2020, 17:20 Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO 4 Dekabr 2020, 17:14 Bakıda parada hazırlıq işləri gedir - FOTOLAR 4 Dekabr 2020, 17:08 Azərbaycan Fransaya nota verdi - Səfir nazirliyə çağrıldı   4 Dekabr 2020, 17:02 Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb 4 Dekabr 2020, 16:56 “Azərbaycanlı hərbçilər Xankəndiyə gəliblər” - Erməni ekspertdən ETİRAZ 4 Dekabr 2020, 16:50 Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazdı 4 Dekabr 2020, 16:44 Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı 4 Dekabr 2020, 16:38 Sabiq icra başçısı vəfat etdi 4 Dekabr 2020, 16:32 Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev 4 Dekabr 2020, 16:26 Ərdoğan Bakı səfərinin tarixini AÇIQLADI 4 Dekabr 2020, 16:20 Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfirini qəbul edib 4 Dekabr 2020, 16:15 Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək” 4 Dekabr 2020, 16:10 “İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm” - Ərdoğan 4 Dekabr 2020, 16:05 Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldü 4 Dekabr 2020, 16:00 Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO 4 Dekabr 2020, 15:55 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?