Salyan rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Qarın nahiyəsindən çoxsaylı bıçaq zərbəsi alan Ramil Mirzəağa oğlu Axundov rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yaralı xəstəxanada keçinib. Salyan rayon Polis Şöbəsi qatili həbs edib. Azadlıq radiosunun məlumatına görə, Ramiz Axundov Müsavat partiyası Salyan rayon təşkilatının sədri Mirzağa Axundovun oğludur.