Modern.az

Bakıda 12 nəfəri gün vurub - RƏSMİ

Bakıda 12 nəfəri gün vurub - RƏSMİ

28 İyun 2022, 15:05

Yay mövsümü başlayandan hələki anomal isti hava şəraiti qeydə alınmayıb. Amma mövsüm başlayandan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına bununla bağlı bir neçə müraciət daxil olub.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.

 

Z.Quliyev qeyd edib ki, 12 nəfər günvurmadan əziyyət çəkərək Təcili Yardıma müraciət edib:

 

"Onlardan 10-na xəstəxanada, 2 nəfərə isə yerindəcə yardım göstərilib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə