Modern.az

İlham Əliyev Abdulla Gülə başsağlığı verib

İlham Əliyev Abdulla Gülə başsağlığı verib

8 Mart 2010, 17:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Elazığ vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqaədar qardaş əlkənin başçısı Abdulla Gülə başsağlığı verib. İlham Əliyev bildirib:
- Elazığ vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir