Modern.az

Mərhum deputat Hikmət Atayev Zaqatalada dəfn olunacaq

Mərhum deputat Hikmət Atayev Zaqatalada dəfn olunacaq

7 Mart 2013, 23:53

Martın 7-də yol qəzasında dünyasını dəyişən Milli Məclisin deputatı Hikmət Atayev Zaqatala rayonunda dəfn olunacaq.
Deputatın dəfn mərasimi martın 8-də olacaq. Bu barədə Modern.az saytına mərhum millət vəkilinin üzvü olduğu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Millət vəkili deputat həmkarının vaxtsız vafatından kədərləndiyini bildirərək, mərhumun dəfn mərasimində Milli Məclis üzvlərinin də iştirak edəcəyini deyib.

“Hikmək müəllimin vaxtsız vəfatı bizi çox kədərləndirdi. O çox gözəl insan, gözəl həmkar idi. Biz onun ölüm xəbəri ilə sarsıldıq. Dəfn mərasimi sabah onun dünyaya gəldiyi Zaqatala rayonunda keçiriləcək. Mən öz adımdan, deputat həmkarların adından Hikmət müəllimin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi