Modern.az

Deputat Hikmət Atayevlə vida mərasimi keçiriləcək

Deputat Hikmət Atayevlə vida mərasimi keçiriləcək

8 Mart 2013, 12:32

Martın 7-də avtomobil qəzasında dünyasını dəyişən deputat Hikmət Atayevin dəfn mərasimi bu gün saat 16:00-da Zaqatala rayonunda keçiriləcək.

Bu barədə Modern.az-a məlumat verən millət vəkili Hadi Rəcəbli mərhum Hikmət Atayevlə vida mərasimində Milli Məclis üzvləri ilə yanaşı hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyinin də iştirak edəcəyini bildirib.

 “Hikmət müəllimin dəfn mərasimi bu gün saat 16:00-da keçiriləcək. Hazırda biz dəfn mərasimində iştirak etmək üçün Zaqatala rayonuna gedirik. Dəfn mərasimində Milli Məclis üzvləri ilə yanaşı Yeni Azərbaycan Partiyasının rəsmiləri Əli Əhmədov, Mübariz Qurbanlı da iştirak edəcək”-deyə millət vəkili bildirib.

Modern.az-ın məlumatına görə, qəza mərhum Hikmət Atayev Gürcüstandan qayıdan oğlunu qarşılayaraq Zaqatalaya qayıdarkən baş verib. Qəza zamanı deputatın idarə etdiyi avtomobildə oğlu ilə yanaşı, oğlunun dostu da olub.

Qeyd edək ki,  Milli Məclisin deputatı  Hikmət Atayev martın 7-də Gürcüstan Balakən yolunda avtomobil qəzasında dünyasını dəyişib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir