Modern.az

Deputatın ölümü ilə bağlı cinayət işi açıldı - bir nəfər saxlanıldı

Deputatın ölümü ilə bağlı cinayət işi açıldı - bir nəfər saxlanıldı

Parlament

8 Mart 2013, 13:11

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq millət vəkili Hikmət Atayevin avtomobil qəzasında dünyasını dəyişməsi ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, martın 7-də saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətdən hərəkət edən Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə toqquşub.

 Nəticədə H.Atayev hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü və sərnişini Vüsal Bodurov isə bədən xəsarətləri alıblar.

 Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək mütəxəssislər və məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla Ş. Qardaşovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.

 Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərşəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

 Cinayətin törədilməsində şübhəli bilinən Ş. Qardaşov tutularaq istintaqa cəlb olunub.

 Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!