Modern.az

Sabahdan hava isti olacaq - PROQNOZ

Sabahdan hava isti olacaq - PROQNOZ

Təhsil

8 Mart 2013, 14:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 9-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Temperatur gecə 3°-5° isti, gündüz 10-15° isti olacaqdır.
Bakıda gecə 3-5° isti, gündüz 13-15° isti olacaqdır.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaqdır. Havanın temperaturu gecə 1-6° şaxta, bəzi yerlərdə 12°-dək şaxta, gündüz 9-14°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 5°-10° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında da hava yağmursuz olacaqdır.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında isə hava əsasən yağmursuz olacaqdır. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən yağmursuz olacaqdır.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15°, bəzi yerlərdə 19°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 10-15° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar