Modern.az

Hikmət Atayev dəfn olundu - YENİLƏNİB + FOTOLAR

Hikmət Atayev dəfn olundu - YENİLƏNİB + FOTOLAR

8 Mart 2013, 16:24
Milli Məclisin mərhum deputatı Hikmət Atayevin dəfn mərasimi başlayıb. Modern.az-ın məlumatına görə, dəfn mərasimində mərhumun deputat həmkarları, Hadi Rəcəbli, Musa Quliyev, İlham Məmmədov,Kamilə Əliyeva, Rafael Hüseynovla yanaşı, Yeni Azərbaycan Partiyasının rəsmiləri Əli Əhmədov, Mübariz Qurbanlı, eləcə də rayon rəhbərliyi iştirak ediblər. Mərhumla vida mərasimində paytaxtın Nəsimi rayon icra hakimiyyətinin başçısı, Balakən, Oğuz, Qax rayonunun icra başçıları da iştirak ediblər.

***

Modern.az-ın məlumatına görə,mərhum millət vəkili Hikmət Atayevin dəfn mərasimi başa çatıb. Mərhum doğulduğu Zaqatala rayonunun şəhər qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki,  1953-cü ildə Zaqatala şəhərində anadan olan deputat Hikmət Atayev dünən Balakən-Gürcüstan istiqamətində keçirdiyi yol qəzasında dünyasını dəyişib.

Allah rəhmət eləsin! 



Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir