Modern.az

Həyat yoldaşı: "Əvəz Zeynallı üçün prezidentə müraciət göndərəcəyik"

Həyat yoldaşı: "Əvəz Zeynallı üçün prezidentə müraciət göndərəcəyik"

8 Mart 2013, 20:25

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlandığı müraciətlə bağlı başlanan imza toplanışının yekunları martın 11-də saat 12.30-da RATİ-də keçiriləcək brifinqdə açıqlanacaq.
Bu barədə Modern.az-a Ə.Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

Onun sözlərinə görə, 2012-ci il oktyabrın 9-da başlanan kampaniyada prezidentə ünvanlanmış müraciəti istənilən vətəndaş imzalaya bilər. İmza toplanışı Facebook, E-mail və çap versiyasında həyata keçirilir.

Prezidentə ünvanlanmış müraciətdə deyilir: «Cənab prezident, sizi «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsinə və hüquqlarının bərpasına çağırırıq. Keçmiş deputat Gülər Əhmədovadan rüşvət istəmə ittihamı üzrə
Əvəz Zeynallını 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda Gülər Əhmədovanın Beynəlxalq Universitetin keçmiş rektoruElşad Abdullayevdən onun deputat seçilməsi üçün 1 mln. dollar tələb etməsi barədə videosüjet bütün KİV-ə yayımlanıb.
Ə. Zeynallıya qarşı irəli sürülmüş ittihamın ləğvinin, ona dəyən maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsinin vaxtı çatıb».

M.Zeynallı bildirib ki, imza toplanışı 5 ay müddətində davam edib. Martın 11-də keçiriləcək brifinqdə kampaniyanın nəticələri açıqlandıqdan sonra sənəd prezident İlham Əliyevə və hazırda Ə.Zeynallının işi ilə bağlı araşdırma aparan, jurnalist barəsində hökm çıxarmağa hazırlaşan Bakı Ağır Cinayətlərə dair Məhkəmənin hakimlərinə göndəriləcək.

Həyat yoldaşı deyir ki, Ə.Zeynallı keçmiş deputat Gülər Əhmədovanın prokurorluğa müraciəti əsasında həbs olunub. G.Əhmədova redaktor tərəfindən şantaja məruz qaldığını, Əvəz Zeynallının ondan pul tələb etdiyini bildirib.

Onun ərizəsi əsasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə. Zeynallı barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb.

Hazırda G.Əhmədovanın özü haqqında AR CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılıb və o həbs edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi