Modern.az

Madriddə Xocalı çadırı quraşdırılıb - FOTO

Madriddə Xocalı çadırı quraşdırılıb - FOTO

Aktual

9 Mart 2013, 10:20

Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə  çatdırılması istiqamətində tədbirlər davam edir.  Bununla əlaqədar daha bir etiraz aksiyası İspaniyada Azərbaycan səfirliyinin təşəbbüsü və dəstəyi ilə Madriddə baş tutub. Burda  təhsil alan azərbaycanlı tələbələr paytaxtın mərkəzi küçəsi olan “Gran via”-da Xocalı soyqırımına həsr olunan çadır quraşdırıb.

  Həmin çadırda “Justice for Khodjaly” köynəkləri geyinən azərbaycanlı gənclər 7 saat ərzində Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı hazırladığı müxtəlif nəşrləri, səfirlik tərəfindən ispan dilində hazırlanan bukletləri ictimaiyyət arasında paylayıb və “Uşaqların gözü ilə Xocalı faciəsi” rəsm sərgisi nümayiş etdirilib.  

Tələbələrimiz həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində imzatoplama aksiyası da keçirib.   İ

spaniyada təhsil alan Azərbaycan tələbələri adından İspaniyanın Senatına, Konqresi və İnsan Hüquqları üzrə Müvəkkilinə soyqırımı ilə bağlı müraciət mətni hazırlanaraq göndərilib.





Modern.az
   
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı