Modern.az

Səfər Əbiyevin evi qarşısına təyin olunan piket təxirə salındı

Səfər Əbiyevin evi qarşısına təyin olunan piket təxirə salındı

Təhsil

9 Mart 2013, 12:24


“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi  martın 9-da müdafiə naziri Səfər Əbiyevin evi qarşısında keçirmək istədiyi aksiyanı təxirə salıb. Modern.az xəbər verir ki, İctimai Birliyin aksiyanı təxirə salmasına səbəb Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) piketin keçirilməsinə icazə verməməsi olub.

“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli bildirib ki, onlar razılaşdırılmamış aksiyaya getməklə qanunu pozmaq istəməyiblər. 

“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi martın 9-da Ədliyyə Nazirliyinin binası və Səfər Əbiyevin evi qarşısında hərbi qulluqçuların hüquqlarının bərpası ilə bağlı məhkəmə qərarlarının icra olunmamasına etiraz məqsədilə aksiya keçirmək istəyirdi. Aksiya bu gün saat 15.00-da Ədliyyə Nazirliyinin binası, saat 17.00-da isə Səfər Əbiyevin evi qarşısında keçirilməliydi.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir