Modern.az

TÜRKSOY Basın Ödülü sahibləri elan olundu

TÜRKSOY Basın Ödülü sahibləri elan olundu

9 Mart 2013, 12:53
2011-ci ili doğumunun 125-ci ildönümü münasibətilə Abdulla Tukay, 2012-ci ili Mirzə Fətəli Axundov ili elan edən TÜRKSOY, Başqırdıstanın Ufa şəhərində keçirilən 30-cu TÜRKSOY Daimi Şurasının qərarına əsasən 2013-cü ili Qazaxıstan müsiqisinin ustadı və mili bəstəkarı olan Mukan Tölebayevə ithaf edib.
Bu məqsədlə martın 11-də Ankara Dövlət Rəsm və Heykəl Müzeyində Mukan Tölebayev ilinin açılına həsr olunmuş təntənəli tədbir keçiriləcək. Bu tədbir çərçivəsində fəaliyyətləriylə Türk ədəbiyyatı, mədəniyyəti və incəsənətinin inkişafında xidmətləri olan media təmsilçilərinə TÜRKSOY TÜRKSOY Basın Onur  Ödülü (Mətbuat Şərəf Mükafatı) təqdim ediləcək. Tədbirdə, eyni zamanda Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Topluluğunun Qazaxıstandan gələn sənətçilərlə birgə Mukan Tölebayevin bəstələrindən ibarət konsertinin gerçəkləşdirilməsi də nəzərdə tutulub.
Açılış mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qazaxıstan səfiri Canseyit Tüymebayev, Türkiyə-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpek, Qazaxıstan Parlamenti senatının sosial və mədəni inkişaf komitəsinin sədri Ahan Bijanov, Türkiyənin Mədəniyyət və Turizm naziri Ömər Celikin çıxışlarından sonra TÜRKSOY Basın Onur Ödülü sahiblərinə təqdim olunacaq. 

IV TÜRKSOY Basın Ödülünün sahibləri   Azərbaycan   - Elçin Mirzəbəyli – «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru, şair, jurnalist  
Qazaxıstan   - Kanşayım Baydullayeva – «Aykın» qəzetinin mədəniyyət şöbəsinin müdiri   - Bakıtcan Omarov – Qazaxıstan Milli Televiziyasının Türkiyə təmsilçisi  
Qırğızıstan   - Emilbek Mominov – «Kabar» Qırğıs Xəbər Agentliyinin redaktoru   - Tınçtıbek Çoroyev – Beynəlxalq Qırğız Tarix Qurumunun sədri, tarixiçi, yazar  
Türkiyə   - Beşir Ayvazoğlu – Türk Ədəbiyyatı jurnalının baş redaktoru   - Yekta Kopan – jurnalist, yazar  
Başqırdıstan (RF)   - Samiqa Qafarova – Başqırdıstan Dövlət Televiziya və Radiosunun «Türküvaz» proqramının rejiossoru   Qaqauz Yeri ( Moldova)   - Dmitrii Papazoğlu – «Yedinaya Qaqauziya» qəzetinin baş redaktoru  
Tatarıstan (RF)   - Ruzilya Muhametova – Tatarıstan Mədəniyyət Nazirliyinin əməkdaşı   - Ruşaniya Altay – Tatarinform Xəbər Agentliyinin Türkiyə təmsilçisi  
Şimali Kipr Türk Respublikası   - Ali Gürtekin – Vətən Radiosunun yönəticisi  

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər