Modern.az

Farslar futbolda Ermənistan bayrağı qaldırdılar

Farslar futbolda Ermənistan bayrağı qaldırdılar

Təhsil

9 Mart 2013, 13:02

Təbriz və Tehran komandalarının oynunda Azərbaycana qarşı təhqiramiz şüarlar səsləndirilib



Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor”un "Əlcəzirə"ni 3:1 hesabı ilə məğlub etməsi İranın Azərbaycan vilayətlərində və azərbaycanlılar yaşayan digər şəhərlərdə əhali tərəfindən böyük coşqu ilə qeyd  edilib. 72 min nəfərlik stadionu 100 mindən çox azarkeş dolduraraq 90 dəqiqə boyunca “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun istəməyən kor olsun!”, “Türk dilində mədrəsə!” şüarları səsləndirib, ingilis dilində “South Azerbaijan is not İran!” və “1992 Khojali Genocide” plakatlarını qaldırıblar. Stadiona gedə bilməyən azarkeşlər bazarlarda, dükan və emalatxanalarda oyunu televizordan izləyiblər.

Modern.az saytının məlumatına görə, dünən – martın 8-də “Traktor” komandası ilə Tehranın “İstiqlal” (“Esteghlal”) komandası arasında keçirilən maçta “Esteglal” komandasının fars tərəfdarları Azərbaycana və azərbaycanlılara qarşı təhqiramiz şüarlar səsləndiriblər. Onlar özləri ilə gətirdikləri Ermənistan bayraqlarını oyunun gedişində şüarlar səsləndirərkən qaldırıblar.

Xatırladaq ki, “Traktor”un "Əlcəzirə" ilə oyunundan sonra Təbriz küçələri “Traktor” bayraqları ilə bəzəbilib. Bundan əlavə, azərbaycanlı azarkeşlər İranın Ermənistanla əlaqələrini genişləndirməsini kəskin şəkildə pisləyib, buna etiraz olaraq ərəb qrafikalı əski Azərbaycan əlifbasında “Qarabağ bizimdir, bizim olacaq!” şüarı yazılmış plakat qaldırıb, şüarlar səsləndiriblər. Nəticədə İran təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edərək zor tətbiq edib və onlarla azərbaycanlı fəal həbs edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır