Modern.az

Parlament Şəbəkəsinin Bakı konfransı yekunlaşdı

Parlament Şəbəkəsinin Bakı konfransı yekunlaşdı

Parlament

1 İyul 2022, 14:27

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı öz işini yekunlaşdırıb.

 

Modern.az xəbər verir ki, 3 gün davam edən konfransın yekununda Azərbaycan parlamentinin sədri çıxışı edərək, konfrans iştirakçılarına təşəkkürünü çatdırıb.

 

Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər.

 

Tədbir iştirakçıları sabah - iyulun 2-də Şuşa şəhərinə səfər edəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!