Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Hövsan şosesində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus ilə "Opel Astra" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan yeddi sərnişindən üçü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.