Modern.az

Yoluxma artır, maska rejimi geri qayıdır

Yoluxma artır, maska rejimi geri qayıdır

Dünya

4 İyul 2022, 09:50

Fransada son iki həftə ərzində koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilir. Yoluxma səbəbindən gündəlik xəstəxanalara yerləşdirilən xəstələrin sayı 1000-i keçib.

 

Modern.az xəbər verir ki, Fransanın səhiyyə orqanları epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar vətəndaşları ictimai yerlərdə və nəqliyyatda tibbi maskadan istifadə etməyə çağırıb.

 

Artıq paytaxt Parisdə sakinlər qapalı məkanlara tibbi maska ilə daxil olurlar. Lakin qeyd edilib ki, turizm mövsümü olduğundan qadağalara geri qayıtmaq hələlik nəzərdə tutulmur.

 

Son günlər ABŞ və bir çox Avropa ölkələrində koronavirusa yoluxma hallarında artım müşahidə edilir. Çində artım səbəbindən yeni qadağalar tətbiq olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?