Modern.az

Deputat tələbələrə iş təklif etdi-FOTOLAR

Deputat tələbələrə iş təklif etdi-FOTOLAR

11 Mart 2013, 16:02

Modern.az saytının Milli Məclisin deputatları ilə tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi çərçivəsində bu dəfə millət vəkili Aqil Abbas qalib tələbləri mükafatlandırıb.

Qeyd edək ki, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusunda 4 tələbə qalib olmuşdu. Bunlar I yer – Yakın Doğu Universiteti iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Toğrul Salehli (“Qarabağı görməmişəm, onu ürəyimdə böyütmüşəm”), II yer – Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin II kurs tələbəsi Pərvanə Şükürovadır (“Qarabağı unutmayaq!”). III yerə iki nəfər qalib olub: Qərb Universiteti siyasi elmlər fakültəsinin tələbəsi Şahnaz Tağıyeva (“Qarabağ və gənclər”) və Bakı Dövlət Universitetinin I kurs tələbəsi Sitarə Cabbarlı (“Babamın gündəliyi”).

Tələblərlə Modern.az saytının ofisində görüşən deputat onlarla yaxından tanış olub, müəyyən məsləhətlər verib. Bundan sonra o qalib tələbənin hər birini qazandıqları uğura görə təbrik edib mükafatlarını verib. Aqil Abbas həmçinin Yakın Doğu Universiteti iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Toğrul Salehliyə təklif edib ki, Kiprlə bağlı "Ədalət" qəzetinə yazılar göndərsin. O, bunun müqabilində tələbəyə maaş ayıracaqlarını bildirib.    

Qeyd  edək ki, artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva, 09 saylı Balakən seçki dairəsinin deputatı Rəbiyyət Aslanova və 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova, 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin deputatı Aqiyə Naxçıvanlı, 74 saylı Lənkəran kənd seçki dairəsinin deputatı Hadi Rəcəbli, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev layihədə  iştirak edib qalib tələbələri mükafatlandırıblar.


 

  Aytən Əliyeva

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır