Modern.az

Rusiyanın uşaq intiharında “qara liderliyi”

Rusiyanın uşaq intiharında “qara liderliyi”

11 Mart 2013, 15:58

Rusiya uşaq və yeniyetmələrin intihar etməsi faktına görə dünyada birinci yerdədir. Modern.az-ın məlumatına görə, bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi Sahəsi üzrə Federal Nəzarətçi Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, son illərdə Rusiyada uşaq intiharı və intihara cəhdlərin sayı 35-37% artıb. Xüsusilə statistikada uşaq-yeniyetmələrin intihar faktının çox olması diqqət çəkir.

Araşdırmalara görə, təkcə 2009-cu ildə Rusiyada 15-19 yaş arası 1379 gənc oğlan və 369 qız intihar edib. 2010-cu ildə bunların sayı 1,2 dəfə artıb. Hər yüz nəfər yeniyetmədən 19-20-i intihar edir. Bu dünya göstəricilərindən 3 dəfə çoxdur.  

Məlumatda həmçinin bildirilir ki, yeniyetmələr arasında intihara cəhdlərin çox olmasında obyektiv və subyektiv səbəblər, yaxınları itirməyə dözməmək ola bilər. Texnologiyanın inkişafı, internetə giriş imkanlarının gündən-günə artması da yeniyetmələrin intihar etmələrinə təsir edir.

Aytən Əliyeva

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir