Modern.az

Gənc yaşında həyatla vidalaşan Aşıq İslama həmkarları ağı dedi

Gənc yaşında həyatla vidalaşan Aşıq İslama həmkarları ağı dedi

11 Mart 2013, 16:19

Tanınmış aşıq İslam Rzaoğlunun 40 mərasimi keçirilib. Xatırladaq ki, o, yanvarın 30-da avtomobil qəzasında dünyasını dəyişib. Şirvan aşıq məktəbinin tanınmış nümayəndələrindən olan Aşıq İslam 1977-ci ildə Şirvanın məşhur aşıqlarından olan Aşıq Rza Qobustanlının ailəsində dünyaya gəlib. Uşaq yaşlarından aşıq kimi tanınan İslam atası ilə birlikdə məclislərdə çıxış edib. Konservatoriyanı bitirməklə bərabər, Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kursunda təhsil alırdı. Aşıq İslam “Lider” telekanalında keçirilən “Deyişmə-1” aşıq müsabiqəsinin birincisi və digər bir neçə müsabiqənin qalibi olub.

 

Modern.az-ın əməkdaşları mərhum aşıq İslam Rzaoğlunun 40 mərasimində iştirak ediblər...



Qobustan qəsəbəsində keçirilən 40 mərasiminə xeyli sayda insan gəlmişdi. Gələnlər arasında onun sənət yoldaşları da vardı. Aşıq İslamın ölümünü sənət aləmi üçün böyük itki adlandırırdan ustad Aşıq Əhliman mərhum haqda sözünü şeirlə dedi: 

 

Yox kəlməsi eşitməmişdik ondan Dilinin əzbəri bəli idi İslam. Bəli xəbər verir əsildən soydan Ağzından çıxan söz ləl idi İslam Dünyasını dəyişdi cavan çağından Əhlimana gəzirəm sorağında Sənət bağçasında sənət bağında Təzəcə açılan gül idi İslam. Allah yaxınlarına, ailəsinə, əzizlərinə səbr versin. Yeri cənnətlik olsun, qəbiri nurla olsun!” 


Aşıq Altay həmkarı, dostu aşıq İslamın öz xoş avazı və gözəl şəxsiyyəti ilə daim onların qəlbində əbədi yaşayacağını bildirib. Aşıq mərhumun ailəsinə səbr diləyib.

 

Pünhan İsmayıllı Aşıq İslamın yaşının az olmasına baxmayaraq, incəsənət və aşıq aləminə çox işlər gördüyünü deyib. P. İsmayıllı qeyd edib ki, aşıq İslam öz sazı, sözü, rəqsi ilə xalqın uzun illər yaddaşında qalacaq. 



Tanınmış muğam ifaçısı Zabit Nəbizadə Aşıq İslamın dünyadan getməsinin Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük itki olduğunu deyib. “Cavan adamın itkisi ağırdır və hamıya təsir edir. Atası aşıq Rzanın özü də çox erkən dünyadan getmişdi, oğlu da belə oldu. Aşıq Rza sevənlərə baş sağlığı verirəm. Xalqın sevimlisi olduğu üçün xalqa baş sağlığı verirəm”. 



Gənc muğam ifaçısı Babək Niftəliyev Aşıq İslamın itkisinə musiqi aləminin üzüldüyünü deyib. B. Niftəliyev bildirib ki, İslam aşıq olması ilə bərabər, həmdə gözəl muğam ifaçısı idi. “Allah ona rəhmət eləsin. Aşıq İslam bizim qardaşımız və böyük sənətkarımız idi. Bu dəqiqə musiqi aləmi pərişandır. Muğam ifaçıları adından ailəyə baş sağlığı verir ki, böyük bir sənətkarımızı itirmişik. Həm gözəl insan, həm də gözəl sənətkar idi”.  


 

 

 

 

 

 

Anar KƏLBİYEV  

Elçin AĞAYEV

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir