Modern.az

Fərhad Əliyev əfv oluna bilər

Fərhad Əliyev əfv oluna bilər

11 Mart 2013, 16:08

“Mən Fərhad Əliyevlə çoxdandır ki, görüşmürəm. Ona görə də, onun tərəfindən əfv barədə müraciətin edilib-edilməməsi barədə mənim məlumatım yoxdur. O işini hamıdan yaxşı bilir. O özü həll edir ki, şəxsən müraciət etməlidir, yoxsa etməməlidir. Bu elə bir şey deyil ki, o kiminləsə məsləhətləşsin”

Bu barədə Modern.az-a açıqlamasında eks-nazirin vəkili Elton Quliyev məlumat verib. O, Fərhad Əliyevin adının əfv siyahısına salınması haqda məlumatsız olduğunu deyərk, sabiq nazirin bağışlanacağına inandığını bildirib.

Vəkil eks-nazirin azadlığı buraxılması üçün prezident İlham Əliyevə müraciət edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Fərdah Əliyevin  və eləcə də vəkili olmasamda Əli İnsanovun adının əfv siyahısına salınması ilə bağlı bizə məlumat verilmir. Fərhad Əliyevin səhhətində yenə narazılığı var. Fərhad Əliyevin azadlığa buraxılması üçün prezidentə müraciət oluna bilər. Bu birbaşa Fərhad müəllimin özündən aslıdır. Fərhad Əliyev artıq yeddi ildən çoxdur həbsdə yatır. Özü savadlı adamdır. Öz huquqlarını kifayət qədər bilir. O bilir ki, azadllığa buraxılması üçün ölkə prezidetinə müraciət etmək hüququ var. O yaxşı bilir ki, əfv oluna bilər. O lazım bilərsə prezidentə müraciət edəcək. Mənim bildiyim qədər müraciət edilməyib”.

Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.  2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?