Modern.az

Berti Foqts Berlində Azərbaycandan danışıb

Berti Foqts Berlində Azərbaycandan danışıb

Aktual

11 Mart 2013, 16:14

Mart ayını 7-də Berlində beynəlxalq turizm sərgisi keçirilib. Bu haqda Modern. az a açıqlamasında deputat Rauf Əliyev bildirib. Sərgidə Azərbaycandan mətbuat işçiləri, futbol yığma komandasının baş məşqçisi Berti Foqs və Rauf Əliyev də iştirak edib.

Deputat deyib ki, Foqs sərgidə Azərbaycan idmanının inkişafı ilə bağlı məlumat verib: “Berlində Heydər Əliyev adına idman məktəbi açılıb. Bu məktəbin tərkibinə futbol, boks, güləş və gimnastika üzrə bölmələr daxildir. Hələ ki, diqqət ancaq futbola ayrılıb.

4 il bundan öncə Futbol Federasiyasında danışıqlar getdikdən sonra , Berlində 13-17 yaş arası azərbaycanlı uşaqlar üçün 2 futbol komandası yaranıb. Həmin uşaqlar yarışlarda bir çox yarışlarda uğur əldə edib. Bu çox böyük nailiyyətdir ki, mətbuat konfransında onlar diqqət mərkəzində oldular. Bu bizə onu qazandırır ki, gələcəkdə həmin uşaqlar Azərbaycan yığma komandasında, digər tərəfdən Berlində oyunlarda iştirak edə bilərlər.

Belə əlaqələr yarandıqca biz əməkdaşlığa doğru gedirik. Maraqlısı ondan ibarətdir ki, alman uşaqları da oynamaq üçün bu məktəbə müraciət ediblər. Bu işdə Azərbaycan Futbol Federasiyasının prezidenti Rövnəq Abdullayevin , həmçinin “SOCAR”ın böyük köməyi olub. Belə bir plan da var ki, beynəlxalq futbol üzrə turnir keçirilsin. Buraya ayrı-ayrı ölkələrdən komandalar dəvət edilsin”.

Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir