Modern.az

“Əsgər ölümü altında təxribat salmaq istəyənlər ifşa olunmalıdır”

 “Əsgər ölümü altında təxribat salmaq istəyənlər ifşa olunmalıdır”

11 Mart 2013, 17:26

“Yüz mindən çox heyyəti olan Ordunu cəmiyyətlə, bir neçə rayonla müqayisə etmək olar. Baxaq cəmiyyətdə və ya konkret olaraq hər hansı bir rayonda nə qədər və müxtəlif hadisələr baş verir. Oğurluq da, ölüm də, qəza da, cinayət də əlbəttə yaxşı işlər də. İctimaiyyətin də Ordu qarşısında məsuliyyəti var. Bu məsuliyyətdən nə üçün heç danışılmır. Hər bir vətəndaş özünə hesabat verməlidir ki, Milli Ordu qarşısında borcunu nece yerinə yetirir. Orduya gedən oğullarımızın hamısımı Azərbaycan Əsgəri adını döğruldur.

Bu gün müxtəlif səbəbdən dünyasını dəyişən əsgər hər birimizin, hər bir Azərbaycan anasının oğludur.  Milli ordumuzda hər hansı səbəbdən (istər xəstəlikdən, istərsə də müharibə şəraitində olsun) bir əsgərin dünyasını dəyişməsi, zorakılığa məruz qalması araşdırılmalı, səbəblərə qarşı adekvat cavab verilməlidir. Baş verən hadisələrlə bağlı ictimaiyyət məlumatlandırılmalıdır”.

Son günlər əsgər ölümlərinin sayının artması və bununla bağlı ictimaiyyətdə yaranan narazılıqlara münasibət bildirən millət vəkili Məlahət İbrahimqızı Modern.az belə deyib. O, bildirib ki, orduda olan bu məsələlərə qarşı aqressivlik nümayiş olunmasında bir qrup adamlar, qüvvələr var. Həmin qüvvələr xaricdən dəstəklənir. Millət vəkilinin sözlərinə görə, həmin qüvvələr müstəqilliyimizi sarsıtmaq istəyindədirlər:
“Bu gün Azərbaycanın ictimai-siyasi həyatında, gündəmində, mətbuatda, hər birimiz üçün ən aktual mövzu əsgər ölümüdür. Mən də bir Azərbaycanlı qadını, ziyalısı kimi üzülürəm ki, orduya aqressiv münasibət göstərilir. Dünyanın bütün ölkələrinin ordusunda vəziyyət necədir?. Nə üçün Azərbaycanda orduya qarşı baş verən son olaylardan istifadə edib aqressivlik edilir? Milli ordumuzda hər hansı bir səbəbdən baş vermiş, istər xəstəlikdən, istərsə də müharibə şəraitində olsun bir əsgərin dünyasını dəyişməsi, zorakılığa məruz qalması araşdırılmalıdır. İctimaiyyətə məlumat verilməlidir, səbəblərə qarşı adekvat cavab verilməlidir. Amma orduda olan bu məsələlərə qarşı bir qrup adamlar, qüvvələr var. Həmin qüvvələr xaricdən dəstəklənir. Müstəqilliyimizi sarsıtmaq istəyirlər. Azərbaycan ordusu SSRİ dövlətləri arasında ən güclü orduya malik ölkələrdən biridir. Bu gün Azərbaycan ordusuna ayrılan büdcə başqa ölkələrin dövlət büdcəsindən çoxdursa, Ali Baş Komandan orduya dəstək verirsə, Azərbaycanını Mübariz İbrahimov kimi oğulları varsa ordumuzla fəxr etməliyik”.

Orduda baş verən son hadisələrin araşdırılmalı olduğunu söyləyən M. İbrahimqızı bildirdi ki, belə hadisələrdən bayraq kimi istifadə edib ordumuzun içində ajiotaj yaratmaq, ordumuzun içində problem yaratmaq Azərbaycanı sevməyən qüvvələrin məqsədinə nail olmağı deməkdir.

Onun sözlərinə görə, dünən Fəvvarələr Meydanına çıxanlar da əsgər ölümü pərdəsi altında öz niyətlətini həyata keçirməyə çalışanlardır: “Milli Ordumuz müstəqilliyimizin və dövlətçiliyimizin əsas dayağıdır. Əsgər ölümü pərdəsi altında Milli Ordumuzda təxribat salmaq istəyən qüvvələr ifşa olunmalıdır. Əminəm ki, orduda baş verənlər araşdırılır. Amma belə hadisələrdən bayraq kimi istifadə edib ordumuzun içində ajiotaj yaratmaq, ordumuzun içində problem yaratmaq Azərbaycanı sevməyən qüvvələrin məqsədinə nail olmağı deməkdir. Ordu cəmiyyətin bir güzgüsüdür. Orduda baş verənlərdə tək Milli ordu cavabdeh deyil. Belə məsələlərdə cəmiyyətin hər bir üzvü cavabdehdir, məsuliyyət daşıyır. On minlərlə əsgərimiz var. Onları necə tərbiyə ediriksə, elə də nəticə gözləyirik. Orduda isə hər cür əsgər var. Məktəbdə, universitetdə bir tələbə bütün universiteti bütün məktəbi, universiteti, hamını narahat edir, lərzəyə salır. Hətta valideynlər də onların öhdəsindən gələ bilmirlər. Həmin uşaqlar orduda qulluq edirlər. Zabitlər də bu cür, təhsilində, tərbiyəsində problem olan əsgərləri idarə etmək heç də asan deyil. Hamısı eyni düşüncəyə, tərbiyəyə malik deyil. Ona görə də orduda baş verənləri ancaq zabitlərin ayağına yazmaq, bütünlükdə orduya ləkə salmaq dövlətçiliyimizə, müstəqilliyimizə biganəlikdir. Müəyyən qüvvələr bundan istifadə edirlər. Bilirlər ki, millətin əsas onurğa sütunu ordudur. Ona görə də dövlətçiliyimizə xələl gətirmək istəyirlər. Bizi sarsıtmaq istəyən qüvvələr orduda ikitirəlik yaratmaqla bunu edə bilərlər. Zabitlərimiz, əsgərlərimiz gecə-gündüz yuxularına haram qataraq keşiyimizi çəkirlər. Biz onların sayəsində toy edirik, ad günü keçiririk, şənlənirik, təhsil ala bilirik. Ona görə də bu gün baş verənlərin qarşısı alınmalıdır. Hərdən ordudan tələb etdiyimizi özümüz orduya verə bilmirik. Dünya ölkələrində Çin, Rusiya, Türkiyə, Fransa və s. kimi ən güclü ordusu olan ölkələrin də ordularında olan problemlər bizimkindən dəfələrlə çoxdur. Yenə deyirəm bu gün orduda baş verənlər araşdırılmalıdır. Amma bütün bunlardan istifadə edib xarici qüvvələrin dəyirmanına su tökmək müstəqilliyimizi sarsıtmaq deməkdir”.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir