Modern.az

QHT Əməkdaşlıq Alyansı forum keçirdi - FOTOLAR

QHT Əməkdaşlıq Alyansı forum keçirdi - FOTOLAR

11 Mart 2013, 18:19

QHT Əməkdaşlıq Alyansı martın 11-də Bakının “Park İnn” otelində “Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığının gücləndirilməsi” mövzusunda forum keçirib. Modern.az-ın məlumatına görə, Forumda beynəlxalq təşkilatların və diplomatik missiyaların yerli QHT-lərlə əməkdaşlığının genişləndirilməsi məsələsi, beynəlxalq təşkilatların insan haqları, fundamental azadlıqlar barədə hesabatları müzakirə olunub. Müzakirələrin sonunda forumun bəyannaməsi qəbul olunub.

Bəyannamədə deyilir: “Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı mövqe əsasən ilkin mənbə rolunda çıxış edən yerli QHT-lərin ötürdüyü məlumatlar hesabına formalaşır. Onların Azərbaycanda əməkdaşlıq etdiyi yerli QHT-lər daha çox radikal mövqeli təşkilatlardır. Bu prosesə digər QHT-lər, ekspertlər zəif cəlb edilir və buna görə də hesabatlarda cəmiyyətin bütün spektrinin mövqeyi əks olunmur, nəticədə plüralizm pozulur.

Beynəlxalq təşkilatların bu siyasəti uğurlu sayıla bilməz. Ölkəmizdə proseslərin obyektiv qiymətləndirilməsi məqsədilə yalnız müxalif mövqeli QHT-lərlə deyil, eyni zamanda müxtəlif siyasi görüşləri paylaşan, ən fərqli düşüncədə olan QHT-lərin məlumatlarına da istinad edilməlidir. Bu məsələ ona görə önəmlidir ki, beynəlxalq təşkilatların hesabatları hakimiyyət tərəfindən birmənalı rədd edilməsin, tənqiddən düzgün nəticə çıxarılaraq nöqsanlar aradan qaldırılsın. Bu vəziyyət qarşılıqlı ittihamlara deyil, beynəlxalq təşkilatlarların dövlətlə və QHT-lərlə normal ünsiyyətinə rəvac versin və sonucda hər üç tərəf arasında körpü yaratsın və dialoqa yol açsın”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?