Modern.az

Azərbaycanda 8 nəfər qarpızdan ZƏHƏRLƏNDİ

Azərbaycanda 8 nəfər qarpızdan ZƏHƏRLƏNDİ

Hadisə

6 İyul 2022, 11:08

İyulun ilk 5 günü ərzində Kliniki Tibbi Mərkəzə 8 nəfər qarpızdan zəhərlənmə şikayətilə müraciət edib.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

 

Mərkəzdən bildirilib ki, iyul ayının ilk günlərində 8 nəfər qarpızdan zəhərlənmə şübhəsilə müraciət edib, onlar arasında dünyasını dəyişən, ağır vəziyyətdə olan müşahidə edilməyib. Şikayətçilərin hər biri müalicə olunaraq evə buraxılıb.

 

Elmar Hüseynov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?