Modern.az

Prezident baş nazirlə görüşdü

Prezident baş nazirlə görüşdü

11 Mart 2013, 20:13

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Baş nazir Zoran Milanoviç ilə görüşüb. Modern.az AzərTAc-a istinadən xəbər verir ki,
görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, Azərbaycan Prezidentinin səfərinin əməkdaşlığımızın gələcək perspektivləri baxımından önəmi vurğulanıb.

Enerji sahəsində yaxşı perspektivlərin olduğunun bildirildiyi görüşdə qeyri-enerji, nəqliyyat, turizm, qarşılıqlı investisiyaların qoyulması və digər sahələrlə bağlı layihələrin əhəmiyyətindən danışıldı. Bu səfərin həmin layihələrlə bağlı səmərəli müzakirələrin aparılması və konkret nəticələrin əldə olunması ilə bağlı əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Zoran Milanoviçin işçi naharı olub.


Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?