Modern.az

Masallı qadınları prezidentə müraciət etdi – FOTOLAR

Masallı qadınları prezidentə müraciət etdi – FOTOLAR

Aktual

12 Mart 2013, 09:58

Dünən Masallı rayonunda Rayon Qadınlar Şurasının Konfransı keçirilib. Konfrans Masallı Gənclər Mərkəzində baş tutub. Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira xanım Axundova, rayonun müxtəlif vəzifələrində işləyən, bələdiyyə və icra strukturlarında təmsil olunan, həmçinin təhsil ocaqlarında çalışan aktiv qadınlar iştirak edblər.

Konfransı giriş sözü ilə Masallı RİH başçısı Rafil Hüseynov açıb. O, əvvəla Konfrans iştirakçılarını salamlayıb, daha sonra isə gündəlikdə duran məsələləri qeyd edib. Bunlar Masallı Rayon Qadınlar Şurası sədrinin məruzəsinin dinlənilməsi və Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndələrin seçilməsi olub.

Bundan sonra Masallı Rayon Qadınlar Şurasının sədri Naibə Aslanova məruzə ilə çıxış edib. O, müstəqillik dövründə mərhum prezident Heydər Əliyev, həm də hazırki prezident İlham Əliyev tərəfindən qadınların hüquqlarının qorunması, gender bərabərliyi, cəmiyyətdə qadınların rolunun artırılması istiqamətində görülən əməli işlərlə bağlı fikirlərini bölüşüb, Masallı rayonu ərazisində son illər həyata keçirilən geniş tədbirlər barədə ətraflı məlumat verib. Onun bildirdiyinə görə son illərdə icra hakimiyyətinin strukturlarında qadınların sayı xeyli yüksəlmış, qadınların özlərinə inamının artırılması istiqamətində QHT-lərlə birlikdə maarifləndirmə tədbirləri həyata keçirilib, rayonun bir sıra qadınları yüksək dövlət mükafatları və adları ilə təltif ediliblər.

Daha sonra çıxış üçün söz verilən deputat Elmira Axundova ölkə rəhbərliyinin həyata keçirdiyi geniş islahatlar və gördüyü işlər barədə ətraflı məlumat verib. Həmçinin qadınların hüquqlarının qorunması məqsədilə son bir neçə il ərzində Milli Məclis tərəfindən müxtəlif qanunvericilik aktlarına edilən dəyişikliklərlə bağlı Konfrans iştirakçılarını məlumatlandırıb. O, hər zaman yetkinlik yaşına çatmayan qız uşaqlarının zorla ərə verilməsinə qarşı çıxdığını, ailə qurmazdan əvvəl tibbi müayinədən məcburi qaydada keçməyin, dövlət Aliment Fondunun yaradılmasının, alimenti qəsdən ödəməyən valideynə qarşı sərt davranmağın, oğul övladını təkbaşına böyütmüş anaların övladlarının hərbi xidmətdən azad edilməsi və ya alternativ xidmətə cəlb edilməsinin, məişət zorakılığına qarşı hamılıqla mübarizə aparılmasının, Qadınlar arasında maarifləndirmə işini təşkil etməyin labüdlüyündən danışıb.

Konfransda çıxış edən qadınlar məktəbli qızların erkən nikaha daxil olmasından narahatlıqlarını bildirməklə yanaşı qeyd ediblər ki, son illər rayonda bu istiqamətdə xeyli tədbirlər görülüb, həm valideynlərlə, həm də yuxarı sinif şagirdləri ilə maarifləndirmə işləri aparılıb, erkən nikahın ortaya çıxardığı fəsadlar barədə məlumatlar verilib.

Konfransda Azərbaycan Qadınlarının IV qurultayına 35 nəfər nümayəndənin adı elan olunmuş və yekdilliklə bəyənilib. Sonda rayonun aktiv qadınları prezident İlham Əliyevə müraciət ünvanlayıblar.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!