Modern.az

“Muğanbank”da adsız istiqrazların 27-ci tirajı keçiriləcək

“Muğanbank”da adsız istiqrazların 27-ci tirajı keçiriləcək

12 Mart 2013, 12:20


“Muğanbank” ASC-nin baş ofisində martın15-də adsız istiqrazların sayca 27-ci tirajı keçiriləcək.

Xatırladaqki, nominalı 50 manat olan adsız istiqrazlar emitent tərəfindən on il müddətinə, 1 mln ədəd buraxılmışdır. Hər tirajda uduşlu istiqrazların sayı 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği  50 000 manatdır. Tirajın gedişi “Muğanbank” ASC-nin rəsmi saytında (www.muganbank.az) canlı yayımlanacaqdır.
“Muğanbank” ASC-nin öhdəliklərinə əsasən 10 il müddətində 45 gündən bir olmaqla 80 tiraj keçiriləcəkdir. İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır. Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər.
İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur. Uduşa düşmüş istiqrazların nömrələri ilə “Xalq qəzeti”nin tirajdan sonrakı növbəti buraxılışında, həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz.
İstiqrazlar hərzaman real pullar deməkdir!  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir