Modern.az

Əli Həsənov: “Bu il müxalifətlə dialoq üçün görüş olacaq”

Əli Həsənov: “Bu il müxalifətlə dialoq üçün görüş olacaq”

12 Mart 2013, 11:55


“Bu il müxalifətlə dialoq üçün görüş olacaq. Həmçinin mətbuat orqanları və siyasi partiyalarla bağlı dialoq həyata keçiriləcək”. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. 

Şöbə müdiri bildirib ki, bu seçki ərəfəsində siyasi partiyalarla, namizədlərlə təmasları tezləşdirəcəklər:
“Seçki fəaliyyətinin keçirilməsi siyasi partiyaların, namizədlərin irəli sürülməsi, onların təbliğatının aparılması, seçkilərə qatılması ərəfəsində onlarla təmasları tezləşdirəcəyik”.  

Əli Həsənov son vaxtlar Bakıda razılaşdırılmamış aksiyaların keçirilməsinə münasibət bildirib.

 “Düşünmürəm ki, bu, münasibət bildirmək üçün ciddi məsələdir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı qanunvericilik var. Qanunvericilik çərçivəsində həyata keçirilən bütün tədbirlərə razılıq verilir. Yerlər müəyyən olunub, qeyri-qanuni, razılaşdırılmamış aksiyaların qarşısı isə alınır, bundan sonra da alınacaq”.

Anar Kəlbiyev  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir