Modern.az

“Azadlıq” nazirlərdən üzr istədi

“Azadlıq” nazirlərdən üzr istədi

Aktual

12 Mart 2013, 12:26

“Azadlıq” qəzeti daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan üzr istəyib. Modern.az-ın məlumatına görə, bu barədə “Azadlıq” qəzetində təkzib dərc olunub.

Təkzib üzrxahlığında deyilir ki, qəzetin 1 mart sayında dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb: “Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adı çəkilən məmurlardan üzrxahlıq edirik”.

Qeyd edək ki, ötən həftə Ramil Usubov və Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi həmin məqaləyə görə məhkəməyə veriblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır