Modern.az

"“Ağ ölüm”ün söndürdüyü “ulduzlar – Maraqlı

"“Ağ ölüm”ün söndürdüyü “ulduzlar – Maraqlı

Aktual

12 Mart 2013, 13:30

Narkotik maddələr bir çox dünya ulduzlarının daimi kabusudur.


Merilin Monro – bir zamanlar dünyanın ən öndə gedən seks simvollarından biri də “ağ ölüm”ün qurbanlarından sayılır. Bu gözəl xamının iş və şəxsi həyatında üzləşdiyi böhran onu narkotik maddələrdən istifadəyə və bir çox yuxu gətirici dərmanlar qəbul etməyə məcbur edirdi.

 
Rok-n-roll kral Elves Presli də səhnə tonusunu qoruyub saxlamaq və yaradıcılıq imkanlarını daha da geniş göstərmək üçün çox güclü preparatlardan və narkotik maddələrdən istifadə edirdi. İllər keçdikcə onun orqanizmi daha çox uyuşdurucu preparat tələb edirdi. O bu asılılıqdan qurtulmaq üçün müalicə də aldı. Lakin “kral” yenidən əvvəlki vərdişlərinə qayıtdı və 1977-ci ilin avqustunda hamam otağında ölmüş vəziyyətdə tapdı.

 


“Nirvana qranj” qrupunun soslisti Kurt Kobeynin ölümü haqqında detektiv əsər belə yazmaq olar. Hətta bir kərə bunu elədilər də. 1994-cü ildə o, Sieteldəki evində ölü tapılan rokçunun qanında 200 mq heroin aşkarlandı. Kobeyn hələ uşaq yaşlarından narkotik istifadəçisi idi. Zaman keçdikcə marixuananı heroinlə və daha ağır maddələrlə əvəz edib, bu zərərli vərdişdə Kobeyinə yoldaşlıq edən isə onun arvadı –məşhur aktrisa Kortni Lav idi.

90-ci illərin seks simvolu Anna Nikol Smit həmişə təkrarlayırdı ki, eynən Merlin Monro kimi yaşayıb və onun kimi də ölmək istəyir. Həqiqətən də bunu təkrarladı. O, milyarder əri Hovard Marçalın ölümündən sonra ondan qalan sərvəti əldə etmək üçün, bütün ətrafı, qohumları ilə uzun müddət mübarizə edirdi. Anna-Nikol bu hadisədən sonra möhkəm stress keçirir və bundan qurtulmaq və artıq kilo almamaq üçün çoxsaylı yuxu gətirici preparatlar, tez təsir edici dərmanlar, alkoqol və narkotik istifadə etməyə başlayır. Çoxsaylı plastik əməliyyatlar nəticəsində həyatını itirən oğlu Danielin ölümündən sonra da onu saxlamaq mümkün olmadı. 2007-ci ildə o, dünyasını dəyişdi. Onu Floridanın məşhur otellərindən birində ölü vəziyyətdə tapdılar. Ölümünə səbəb isə çox sayda yuxu gətirici dərmanların və anasının etiraf etdiyi kimi, narkotik idi.

 

27 yaşlı britaniyalı müğənni Emi Uaynhaus (2011-ci il) alkoqol və narkotik aludəçisi kimi dünyasını dəyişdi.


Uitni Hyustonu ilahi səsə sahib olan mələk adlandırdılar. “Beverli Hiltion” otelinin gözətçisi onu hamam otağında halsız vəziyyətdə tapdı. Həkimlərin səylərinə baxmayaraq, müğənni artıq keçinmişdi. Onun bədənində heç bir zorakılıq əlamətləri tapılmadı. Uitninin narkotik istifadəçisi olması 2000-ci ilin yanvar ayından məlum idi.  

 

Günəş Fərhadlı

Şahanə Rəhimli

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!