Modern.az

1 manata Samsung telefonu və pulsuz modem

1 manata Samsung telefonu və pulsuz modem

Aktual

12 Mart 2013, 15:27
Azercell 3 yeni kampaniyaya başladığını elan etdi



Azercell Telekom MMC 3 yenikampaniyaya start verib. Bu haqda şirkətin prezidenti Kiril Qaburiç keçirdiyi mətbuat konfransında məlumat verib.  Beləki, bu gündən etibarən "Bahar", "Limitsiz internet" və "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya" aksiyaları başlayır.

"Bahar" kampaniyası çərçivəsində "Samsung" telefonlarının 4 fərqli modelini 1 manat ödəməklə əldə etmək mümkün olacaq. Abunəçilər hər ay telefon modelindən asılı olaraq 25, 50, 55 və 60 manat ödəməklə 18 ay ərzində müvafiq olaraq ölkədaxili 200 dəqiqəyədək danışıq, 200-dək pulsuz SMS və 2GB həcminədək internetqazanmış olacaqlar. Kampaniyada Samsung N7100 (Note II), i9300 (S3), i9100 (S2) və s5830 ACE modelləri iştirak edir. "Limitsiz internet" kampaniyası isə pulsuz 3GMax modemlərini əldə etmək mümkündür. Belə ki, pulsuz 3GMax modemini əldə edən abunəçilər 10 faktura dövrü ərzində cəmi 9 manat ödəməklə 4GB həcmli mobil internet paketindən istifadə edə biləcəklər.

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya" isə Qarabağ müharibəsi veteranları üçün nəzərdə tutulub. Veteranlar öz adlarına olan bir nömrənin balansına yüklədikləri hər məbləğə görə əlavə eyni həcmdə bonus əldə edirlər.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir