Modern.az

Prokurorluq “Binə işi”nin istintaqını hələ bitirməyib

Prokurorluq “Binə işi”nin istintaqını hələ bitirməyib

12 Mart 2013, 16:44

Yanvarın 19-da Qaradağ rayonu ərazisindəki “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkarın keçirdiyi aksiya ilə bağlı açılan cinayət işi hələ ki başa çatmayıb. Bakı Şəhər Prokurorunun ictimaiyyətlə əlaqə üzrə köməkçisi Günel Əkbərovanın Modern.az-a verdiyi məlumata görə, “Binə” Ticarət Mərkəzindəki aksiya ilə bağlı istintaq tədbirləri davam etdirilir.

  Qeyd edək ki, “Binə” Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq yanvarın 19-da aksiya keçiriblər. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.   Gültəkin Ələsgər  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir