Modern.az

Milyonerlərin sürdüyü avtomobillər - SİYAHI+FOTOLAR

Milyonerlərin sürdüyü avtomobillər - SİYAHI+FOTOLAR

Dünya

12 Mart 2013, 17:38

Yəqin hər birinizə maraqlıdır, dünyanın ən böyük şirkətlərinin təsisçiləri, ən nəhəng kompaniyaların yaradıcıları, ən tanınmış brendlərin sahibləri hansı avtomibilləri idarə edirlər. Modern.az saytı onlarla bağlı məlumatları təqdim edir.



1. “Forbes” jurnalının son açıqlamalarına əsasən, Meksika telekommunikasiya nəhəngi, Karlos Slim Hel dünyanın ən varlı adamıdır. Ən varlı adamın isə istifadə etdiyi avtomobil Bentley Continental Flying Spur-dur. Bu avtomobilin qiyməti 300.000 ABŞ dollarıdır.


2. “Forbes”in apardığı araşdırmaya əsasən, 22.3 milyard dollar həcmində sərvəti olan hindistanlı Mukeş Ambani dünyanın və Hindistanın ən zəngin adamları siyahısındadır.Onun istifadə etdiyi avtomobil isə Maybach 62 klass-dır.


3. Dünya nəhənglərindən olan «Microsoft»un yaradıcısı Bill Qeyts  Porsche 959 Coupe avtomobili idarə edir. Onuda qeyd edək ki, bu avtomobildən artıq dünyada 230 model istehsal olunub və hər biri də 200.000 dollar qiymətinə satılır.


4. Bu artıq sirr deyilki Facebook-un yaradıcısı Mark Chukerbeq çox simic insan  sayılır. Onun idarə etdiyi avtomobil Acura TSX-dir. Bu maşının qiyməti sadəcə 30.000 dollardır.


5. Dünyaca məşhur Nike brendinin yaradıcısı Fil Nayt Audi R8 avtomobilinə sahibdir. Bu avtomobilin qiyməti isə 115.000 ABŞ dolları həcmindədir.



6. Ən zəngin adamlar arasında yer alan ərəb - Səudiyyə Ərəbistanının kralı Abdullanın qardaşı oğlu Alvalild Bin Talal Lsaud elə krallara layiq də avtomobillər sürür. Onun idarə etdiyi avtomobillər arasında ən ucuzu qiyməti 450.000 dollar olan Rolls-Royce Phantom-dur.


7. Nəhəng Google şirkətinin ən böyük səhimdarlarından biri olan Erik Emerrson Smidt təbiəti çox sevir, onun çirklənməsini istəmir və elə buna görə də dünyada ekoloji təmizlik baxımından ən öndə gedən, qiyməti cəmi 28.000 dollar olan Toyota Prius sürür.


8. ORACLE-ın yaradıcısı, dünyanın ən varlı adamlarında biri olan Larri Elissonun bahalı maşınlara çox böyük marağı olduğundan avtomobil kolleksiyası toplayır. Onun kolleksiyasının ən dəyərli parçası isə F1 McLaren-dir. Bu avtomobilin dəyəri 4.1 milyon dollardır.


9. “Forbes”in sözlərinə görə, nəhəng İKEA-nın yaradıcısı İnqvard Kampradın sərvətinin həcmi 28 milliard dollar olmasına baxmayaraq, o dünyanın ən sadə milyoneridir. Əgər onun idarə etdiyi avtomobil satışa qoyulsa, onun ona heç kəş 1000 dollardan çox pul verməz.


10. Dünya milyarderləri arasında təbii ki, zərif cinsin mümayəndələri də öz yerlərini tutur. Apple-nin yaradıcısı Stiv Cobsun dul qalmış arvadı Loren Pauell Cobs qiyməti 40.000 dollar olan metallik rəngli Audi A5 idarə edir. 


11. Dünyanın ən varlı ikinci xanimi Wal-Mart-ın sərvətinə sahib olan  Elis Uolton böyük var-dövlətə sahib olmasına baxmayaraq çox sadə bir avtomobil idarə edir.Onun avtomobili dəyəri 40.000 dollar olan, 2006-cı il buxılışlı Ford F-150 King Ranch-dir.

Günəş Fərhadlı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır