Modern.az

Zelenski daha 4 səfiri istefaya göndərdi

Zelenski daha 4 səfiri istefaya göndərdi

9 İyul 2022, 20:17

Ukraynanın Macarıstan, Norveç, Hindistan və Çexiyadakı səfirləri istefaya göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərmanlar imzalayıb.

 

Macarıstanda Ukraynanı Lyubov Nepop, Norveçdə Vyaçeslav Yatsyuk, Çexiyada isə Yevgeni Perebyinos təmsil edib. Hindistandakı səfir İqor Polexa Banqladeş, Nepal, Maldiv adaları və Şri-Lankada da Ukraynanı təmsil edib.

 

Qeyd edək ki, bu gün Zelenski Ukraynanın Almaniyadakı səfiri Andrey Melniki də vəzifəsindən azad edib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?