Modern.az

Elçin Hüseynbəyli: “Nə, Əsəd Cahangirlə dalaşmışıq?..”

Elçin Hüseynbəyli: “Nə, Əsəd Cahangirlə dalaşmışıq?..”

Ədəbi̇yyat

12 Mart 2013, 18:33

“Azərbaycan Yazıçılar Birliyində (AYB) Elçin Hüseynbəyli ilə Əsəd Cahangir arasında dava düşməsindən xəbərsizəm”. Bu sözləri Modern.az-a açıqlamasında Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu deyib. O, qeyd edib ki, dünən işdə olmadığı üçün bu gün hadisə ilə maraqlanıb və bunun bir daha yalan olduğu sübut olunub.
 “Yazıçılar Birliyində belə bir hadisənin olub-olmadığını kim yazıb bilmirəm, amma mənə məlum deyil. Yəqin o qədər də ciddi bir şey deyil ki, qabardılmayıb, ya da mənim xəbərim yoxdur. Çünki nəsə olsa, mən onu gizlədə bilmərəm”, – deyə Ə. Əsgəroğlu deyib.

Elçin Hüseynbəyli isə birmənalı olaraq bu məlumatı təkzib etdi. “Yalan söhbətdir. Elə bir şey yoxdur, səfeh-səfeh söhbətlər edirlər. Əgər belə bir məlumat yazırlarsa, niyə mənim özümə zəng etmirlər?”.

O, Tofiq Mehdiyevin əlinin yaralanması xəbərini təsdiqləyib. “Düzdür, bu gün mən də gördüm ki, Tofiq müəllimin əli sarıqlıdır. Amma o, təsadüf nəticəsində əlini qapı arasında qoyub. Əlinə isə tikiş qoyulmayıb”.

İddialara görə, Elçin Hüseynbəyli ilə Əsəd Cahangir arasında münaqişə qopub. Səbəb kimi “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli göstərilir. Guya Ə. Cahangirin Əkrəm Əylislini müdafiə edən çıxışı E.Hüseynbəylinin narazılığına səbəb olub və nəticədə dava düşüb, birinci ikinciyə butulka atıb. Butulka divara çırpılaraq E. Hüseynbəylinin boğazına tuşlanıb. Bu zaman AYB-in məsul katibi Tofiq Mehdiyev əlini qabağa verdiyindən E. Hüseynbəylinin boğazı kəsilməkdən xilas olsa da, sonda T.Mehdiyevin əli doğranıb. T.Meydiyevin əlinə tikiş qoyulub. 

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir