Modern.az

“İctimai Palatadakı partiyaların liderliyi haqqında danışmaq düzgün deyil”- AÇIQLAMA

“İctimai Palatadakı  partiyaların liderliyi haqqında danışmaq düzgün deyil”- AÇIQLAMA

13 Mart 2013, 10:30

“Azərbaycanda demokratik, seçkilər keçirilmədiyindən hansısa bir partiya qabağa çıxaraq ana müxalifət partiyası kimi çıxış eləyə bilməz”. Bunu Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu İctimai Palata rəhbərlərinin qurumu demokratik hərəkatın lideri kimi təqdim etmə cəhdlərini tənqid edərkən deyib. ADP sədri bildirib ki, İctimai Palatadakı  partiyaların liderliyi haqqında danışmaq düzgün deyil.

“Onların dediklərinə görə, İctimai Palatada 10-15 partiyanın nümayəndəsi, 100-ə yaxın qeyri-hökumət təşkilatı və bizdə varıq. Belə ki, daha çox qüvvə oraya toplaşıb. Məsələn biz Qarabağ blokunda iki, məşvərət məclisində isə yeddi-səkkiz partiyayıq. Bu baxımdan İctimai Palata hələlik mövcud olan qurumlar içərisində yalınz say baxımından ən böyük olanıdır”.

S.Cəlaloğlu bildirib ki, liderliyin kriteriyası olmadığı üçün, kimin lider olduğunu demək olmaz.

“Bu baxır ki, hansı partiya nəyə və niyə liderdir?  Bir partiya adamlarının sayına, digəri vaxtilə hakimiyyətdə olduğu üçün, başqası isə partiyanın deputatı olduğuna görə fərqlənir. Eyni zamanda partiyalardan biri isə daha uzaq görən və ağıllı siyasi oyunlar apara bildiyi üçün liderdi. Liderliyin bir kriteriyası yoxdur. Demokratik seçkilər olarsa, kimin lider olması bilinər”-deyə ADP sədri vurğulayıb.

Anar Kəlbiyev

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub