Modern.az

Qrant alacaq QHT-lərin adları bu həftə açıqlanacaq

Qrant alacaq QHT-lərin adları bu həftə açıqlanacaq

Qarabağ

13 Mart 2013, 10:40

“Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 512 layihə təqdim olunub. Bunlardan təxminən 80-ə yaxını şuranın qoyduğu qaydalara uyğun deyil”.
Bu sözləri Modern.az-a açıqlamasında QHT-lərə Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib. O qeyd edib ki, məhz buna görə onlar ikinci ekspertiza mərhələsindən uzaqlaşdırılıb.
“Yerdə qalan layihələr isə ekspertizaya təqdim olunub. Onların hər biri ayrı-ayrılıqda iki ekspert tərəfindən qiymətləndirilib. Ekspertlərin rəyi ümumiləşdirilib, ortaq nəticə çıxarılıb və katiblik fərdi qayda da hər bir layihə haqqında ayrı-ayrılıqda rəy hazırlayır. Həmin arayış, eyni zamanda layihələr də şuranın müzakirəsinə təqdim olunub, hazırda çox intensiv müzakirələr davam edir və yaxın zamanlarda bu müzakirələrə yekun vurulacaq”.

F.Qurbanov bu həftə ərzində Şuranın növbəti iclasının keçiriləcəyini və nəticələrin açıqlana biləcəyini vurğulayıb. “Çünki müzakirələr çoxdan davam edir və yəqin ki, bu sonuncu müzakirələrdə məsələyə yekun vurula bilər”.

 

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var