Modern.az

Milli Məclis “Deputatın etik davranış kodeksi” haqqında qanunu hələ qəbul edə bilməyəcək

Milli Məclis “Deputatın etik davranış kodeksi” haqqında qanunu hələ qəbul edə bilməyəcək

13 Mart 2013, 10:47


““Deputatların etik davranış kodeksi” adlı qanun layihəsi ilə bağlı beynəlxalq təcrübə öyrənilir”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Siyavuş Novruzov deyib. Komissiya sədri bildirib ki, adı çəkilən qanun layihəsinin nə zaman müzakirə olunacağı məlum deyil.

“Beynəlxalq təcrübədən öyrənilir ki, xaricdə bu qanun layihəsi necə tətbiq olunur. Bütün bunları öyrənəndən sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qanun layihəsi hazırlanacaq. Yəqin ki, müzakirələrdən sonra həmin qanun layihəsi Milli Məclisə tövsiyyə olunacaq. Nə qədər imkan varsa, nə vaxta çatdırsaq, sənəd də onda müzakirəyə çıxarılacaq”-deyə S.Noruzov vurğulayıb.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir