Modern.az

“Morninqstardan küsən müxalifət ABŞ-a müharibə elan edəcək?”

 “Morninqstardan küsən müxalifət ABŞ-a müharibə elan edəcək?”

Təhsil

13 Mart 2013, 12:41

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli  səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi son müsahibə müxalifət partiyaları tərəfindən narazlıqla qarşılanıb. Partiyalar səfirin iqtidara dolayısı ilə dəstək verdiyini deyərək faktik olaraq ABŞ-ın sekilərdə tuta biləcəyi mövqeyin nümayişi kimi səciyyələndiriblər.  

Siyasi müşahidəçilər isə bildirirlər ki, Morninqstarın mesajı daha çox regional təhlüksizlikdən doğan narahatlığdan irəli gəlir. Politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında bildirib ki,  Morninqstarın bəyanatında müxalifətə yönəli hakimiyyəti dəstəkləyən bir məqam yoxdur. 

“Səfir müxalifəti pisləyən və hakimiyyəti dəstəkləyən bəyanat verməyib. Sadəcə olaraq demokratik dövlətlər üçün ənənəvi və sadə olan fikirlər səsləndirib”-deyən Z.Əlizadənin fikirncə, ABŞ-n mövqeyindən əndişəyə düşən müxalifət qüvvələrinin mövqeyini də anlayır.

“Azərbaycan deyimində belə bir ifadə var: “Ayı meşədən küsdü”. Fərz edək ki, müxalifət ABŞ səfirindən küsdü. Nə edəcəklər ABŞ-a? Müharibə elan edəcəklər? Maddi yardımını kəsəcəklər? İnformasiya müharibəsi aparacaq? “-deyə politoloq istehzasını bildirib.

“Ənənəvi müxalifətin əqli səviyyəsinə bələdəm və onları yaxşı tanıyıram. AXCP- Müsavat cütlüyünün haqq hesabı hamıya bəllidir. Onların xalqı girdaba sürüklədiyi göz qabağındadır. Odur ki, sadə bəyanatlarına belə münasibətindən təəcüblənmək lazım deyil”.

Bununla yanaşı Z. Əlizadə qeyd edib ki, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər birbaşa səfirin mövqeyini tənqid edən mövqe sərgiləmirlər. “Yalnız müxalifət cəbhəsində olan jurnalistlər bu məsələni qabardır. Bu da onların siyasi mədəniyyətlərinin aşağı səviyyədə olmağının göstəricisidir.. Müxalifət həm də yavaş-yavaş maariflənir. Anlayırlar ki, hər hansı siyasi qüvvənin yeri yalnız xalqın içərisində olmalıdır”-deyə politoloq vurğulayıb.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi