Modern.az

Səudiyyə şeyxi Allahşükür Paşazadəni Bəşər Əsədə “ölüm fitvası” verməyə çağırdı

Səudiyyə şeyxi Allahşükür Paşazadəni Bəşər Əsədə “ölüm fitvası” verməyə çağırdı

13 Mart 2013, 13:21

Şeyx Ayəd Əl-Qarni: “Fətvada Əsəd və onun hökuməti ittiham edilməli və Əsədin öldürülməsinə haqq qazandırılmalıdır



Səudiyyə Ərəbistanının nüfuzlu din xadimlərindən biri bütün dünyanın müsəlman ruhani rəhbərlərini Suriya prezidenti Bəşər Əsədə qarşı birgə fətva verməyə çağırıb. Modern.az-ın xəbərinə görə, şeyx Ayəd Əl-Qarni “Əl -Ərəbiyyə”yə bu barədə bildirib: “Səudiyyə Ərəbistanı Baş Alimlər Şurası və Misirin Əl Əzhər Universitetinin alimləri bu barədə birgə fətva verməlidir. Fətvada Əsəd və onun hökuməti ittiham edilməli və Əsədin öldürülməsinə haqq qazandırılmalıdır.”

 Şeyx Suriya rejiminin əməllərinin İslam prinsiplərinə də zidd olduğunu,rejimlə mübarizə aparan suriyalıların haqlı olduqlarını bildirib.

Şeyx Ayəd Əl-Qarninin bu fikriləri Suriya müftisi Şeyx Əhməd Bədrəddin Hasunun Əsədi dəstəkləyən fikrindən sonra deyilib. Suriyanın müftisi Suriyada və ya Suriyadan xaricdə yaşayan bütün müsəlmanları Əsədə dəstək verməyə çağırıb və Suriya prezidentini dəstəkləmənin “dini öhdəlik” olduğunu bildirib.

Peykər İbrahimova  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı