Modern.az

Böyük matça hazılaşan Azərbaycan millisində daha bir yeni futbolçu

Böyük matça hazılaşan Azərbaycan millisində daha bir yeni futbolçu

13 Mart 2013, 13:57


Modern.az
AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gündən etibarən Bakı şəhərində təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu çağırılıb. “Simurq” klubunun üzvü İlkin Qırtımov millinin hazırlıq prosesinə cəlb olunub.

Toplanışa dəvət olunmuş Elhad Nəzirli martın 17-dən , Ruslan Abışov və Cihan Özkara isə martın 18-dən millinin heyətinə qoşulacaq.  

Xatırladaq ki, millimizin DÇ-2014- ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq 4 gün sonra isə Bakıda Portuqaliya millisini qəbul edəcək.  

Abbas Quliyev  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi