Modern.az

Sumqayıtda QƏTL - Tanışını öldürdü

Sumqayıtda QƏTL - Tanışını öldürdü

Hadisə

13 İyul 2022, 10:40

İyulun 10-u saat 15 radələrində Sumqayıt şəhər sakini 1965-ci il təvəllüdlü İsrayıl Quliyevin öldürülməsi barədə məlumat daxil olub.

 

Bu barədə Sumqayıt şəhər prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.


Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Emin Pirqurbanın şəxsi münasibətlər zaminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsrayıl Quliyevin boyun nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Emin Pirqurban  təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir